Bank Of Baku

Qax Dövlət Kukla Teatrı Estoniyada keçiriləcək 13-cü beynəlxalq kukla teatrlarının festivalında iştirak edəcək

Qax Dövlət Kukla Teatrı Estoniyada keçiriləcək 13-cü beynəlxalq kukla teatrlarının festivalında iştirak edəcək
# 08 aprel 2009 09:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Qax Dövlət Kukla Teatrı Estoniyada keçiriləcək “Teatr çamadanda” adlı 13-cü beynəlxalq kukla teatrlarının festivalında iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorundan APA-ya verilən məlumatda bildirilib ki, teatr kollektivi festivalda Rəhman Əlizadənin “Tülkünün uçuşu” tamaşası ilə Azərbaycanı təmsil edəcək. Estoniyanın Vilyandi şəhərində baş tutacaq festivala Qax Dövlət Kukla Teatrından Nazim Mahmudov, Yusif Abdurahmanov, İsako Zeynalaşivili, Araz Mehrablı və Afət Yaqubovanın təmsil olunduğu nümayəndə heyəti gedəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR