Bank Of Baku

Lənkəranda uşaq xor kollektivlərinin respublika baxış müsabiqəsinin zona mərhələsi keçirilib

Lənkəranda uşaq xor kollektivlərinin respublika baxış müsabiqəsinin zona mərhələsi keçirilib
# 08 aprel 2009 15:03 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Respublika Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən uşaq xor kollektivlərinin VII respublika baxış müsabiqəsinə start verilib. APA-nın cənub bürosunun məlumatına görə, yarışmada Astara, Masallı, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad , eləcə də Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri iştirak edib. Münsiflər heyətində Dövlət Xor Kapellasının bədii rəhbəri, Azərbaycanın xalq artisti, professor Gülbacı İmanova və Uşaq Xor Kapellasının bədii rəhbəri, əməkdar incəsənət xadimi Dilarə Əliyeva təmsil olunub. G. İmanovanın sözlərinə görə, Lənkərandan sonra baxış müsabiqəsi Naxçıvan Muxtar Respublikasında, Şəki, Şirvan, Gəncə və Sumqayıt şəhərlərində də keçiriləcək. Yekun mərhələsi isə Bakı şəhərində baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR