Bank Of Baku

Gəncədə “Övlad işıqdır” mövzusunda uşaq festivalı keçirilir - FOTOSESSİYA

Gəncədə “Övlad işıqdır” mövzusunda uşaq festivalı keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 10 aprel 2009 08:49 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA. Bu gün Gəncədə “Övlad işıqdır” mövzusunda 2-ci uşaq festivalına start verilib. APA-nın qərb bürosunun məlumatına görə, 2009-cu ilin Uşaq İli elan edilməsi münasibətilə keçirilən bu festivalın təşkilatçıları Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Şəhər Mədəniyyət Şöbəsi, Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemidir. Festival Atatürk prospektindəki Uşaq Kitabxanasının həyətində düzənlənib. Şəhər kitabxanaları buraya toplaşan məktəblilərə ən geniş miqyasda uşaq ədəbiyyatı sərgisi də təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR