Bank Of Baku

Ramiz Abutalıbova həsr olunmuş “Parisli azərbaycanlı” sənədli filminin çəkilişləri başa çatıb

Ramiz Abutalıbova həsr olunmuş “Parisli azərbaycanlı” sənədli filminin çəkilişləri başa çatıb
# 10 aprel 2009 09:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın görkəmli diplomatı Ramiz Abutalıbovun həyat yoluna həsr olunmuş 23 dəqiqəlik “Parisli azərbaycanlı” sənədli filmi hazırdır. 2008-ci ilin noyabrından etibarən “Salnamə” sənədli filmlər studiyasında çəkilişlərinə başlanılan filimin rejissorları Tahir Əliyev və İqbal Məmmədəliyevdir. T. Əliyevin APA-ya verdiyi məlumata görə, filmin çəkilişləri Bakı, Naxçıvan və Moskvada aparılıb. “Parisli azərbaycanlı” filmində Ramiz Abıtalobov öz həyat yolundan danışıb. Filmin ssenari müəllifi İlham Tumas, operatoru Elşən Həsənoğlu, prodüseri Tofiq Məmmədovdur. Artıq tam hazır olan filmin yay aylarında ilk nümayişinin keçirilməsi nəzərdə tutulur. Filmin həm Bakıda, həm də Moskvada premyerası keçiriləcək. Qeyd edək ki, Ramiz Abutalıbov Fransa arxivlərində Azərbaycan mədəniyyətinə aid çoxlu sayda sənədlər aşkarlayıb və onların Azərbaycan verilməsinə nail olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR