Bank Of Baku

Firəngiz Mütəllibova 50 illik yubileyinə hazırlaşır

Firəngiz Mütəllibova 50 illik yubileyinə hazırlaşır
# 15 aprel 2009 12:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mayın 1-də Azərbaycan Dövlət Akademik Milli Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllibova 50 illik yubileyini qeyd edəcək. Bu barədə APA-ya məlumat verən F. Mütəllibova deyib ki, yubileyi üçün geniş və maraqlı proqram hazırlayır. Onun sözlərinə görə, yubiley tədbirini mayın 1-də deyil, bir neçə gün sonra həyata keçiriləcək: “Mayın 1-də dramaturq İlyas Əfəndiyevin yubileyi münasibəti ilə hazırlanan “Şeyda” tamaşasının premyerası olacaq. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbərliyi mənim yubileyimdən xəbərsiz olduğu üçün belə bir addım atıb. Yubiley günü mən səhnədə tamaşaçılarla bir yerdə olacağam. Növbəti günlərdə isə haqqında danışdığım yubiley proqramı baş tutacaq. Təfərrüatı ilə əvvəlcədən danışmaq istəmirəm. Çünki proqramda bəzi dəyişikliklər ola bilər. Lakin deyə bilərəm ki, bu, yubileyə yaraşan bir ssenari olacaq”. F. Mütəllibova 50 yaşının dövlət səviyyəsində qeyd olunmayacağını da diqqətə çatdırıb: “Adətən sənətkarların 50 yaşı dövlət səviyyəsində qeyd olunurdu. Lakin son illər ənənələr bir qədər dəyişib. Artıq sənət adamlarının 60 yaşı dövlət tərəfindən silsilə tədbirlərlə qeyd olunur. Əslində bu məni sevindirir. Bu il yubileyimi dostlarımla özümün planlaşdırdığım səviyyədə keçirərəm. 10 ildən sonra isə dövlət tərəfindən qeyd olunar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR