Bank Of Baku

Vəli Qədimov Balaxanı qəbiristanlığında dəfn olunub

Vəli Qədimov Balaxanı qəbiristanlığında dəfn olunub
# 16 aprel 2009 14:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Uzun sürən xəstəlikdən sonra aprelin 15-də axşam saatlarında 68 yaşında dünyasını dəyişən Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, mahir klarnet ifaçısı Vəli Qədimov bu gün Balaxanı qəbiristanlığında dəfn olunub. APA-nın məlumatına görə, mərhumla vida mərasimi onun yaşadığı evdə keçirilib.

SSRİ-nin xalq artisti Zeynəb Xanlarova Bakıda olmaması səbəbindən vida mərasimində iştirak edə bilməyib. Xatırladaq ki, mahir klarnet ifaçısı uzun illər SSRİ və Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın ansamblında çalışıb.

Vida və dəfn mərasimində mərhumun sənət dostları Zakir Mirzəyev, Canəli Əkbərov, Rafiq Hüseynov (Rəmiş), Aftandil İsrafilov, Tələt Qasımov və başqaları iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR