Ramiz Mirişli: “75 il bir göz qırpımında gəlib keçdi”- MÜSAHİBƏ
- Heç bilmirəm 75 yaş necə gəlib keçdi. Başımız yaradıcılığa qarışdı, xarici ölkələrdə, Azərbaycanın rayonlarında xeyli konsertlər vermişəm. Həqiqətən də, 75 il bir göz qırpımında keçdi, getdi. Bu illər ərzində xoş günlərimlə yanaşı, pis günlərim də az olmayıb...
- Ənənənizə sadiq qalıb hələ də mahnılar bəstələyirsiniz.
- Əlbəttə... Bu həyatda yaşadığım müddətdə mahnılar bəstələyəcəyəm. Son illər operetta janrında yazdığım “Qısqanc ürəklər” artıq üç ildir ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında nümayiş olunur. elə bu teatr yeni bir əsər sifariş edib. “Kürəkən” adlanan bu yeni əsəri ilin sonuna kimi hazır etməyi düşünürəm. Bundan başqa Ramiz Həsənoğlu Mirzə Fətəli Axundovun “Vəkillər” pyesi əsasında müzikl çəkir və mən də bu müziklə mahnı yazıram.
- Yaşınız yaradıcılıqla məşğul olmağa bir problem yaratmır ki?
- Cəmi 75 yaşım var. Nə problem yarada bilər? Qətiyyən problem yaratmır.
- Sizə Azərbaycanın ən tanınmış müğənniləri ilə işləmək nəsib olub. Həmin ifalardan ən yaddaqalanı hansı olub?
- Bəli, mənim mahnılarımı Azərbaycanda XX əsrin ən böyük müğənniləri ifa edib. Rəşid Behbudov, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Sara Qədimova, Flora Kərimova, İlhamə Quliyeva, Elmira Rəhimova, Gülağa Məmmədov, Lütfiyar İmanov, Səkinə İsmayılova, Aygün Bayramova, Aygün Kazımova və daha kimlər, kimlər... Yaddaqalan ifaçılar isə Rəşid Behbudov, Şövkət Ələkbərova, Zeynəb Xanlarovadır. Bilirsiniz niyə? Çünki mənim ilk mahnılarımı məhz onlar oxuyublar.
- Adları sadaladığınız Azərbaycanın görkəmli sənətkarları ilə əməkdaşlıq etdikdən sonra, bugünkü müğənnilərlə işləmək Sizə çətinlik törətmir ki?
- Gənclərlə işlədiyimi düz vurğuladınız. Bir çox gənclərlə işləyirəm, ancaq mən mahnılarımı ıstedadlı gənclərə verirəm.
- Bəs çoxsaylı mahnılarınızdan özünüzün ən çox bəyəndiyiniz mahnınız hansıdır?
- Mahnılarımın hamısı mənə doğmadır, onlar mənim balalarımdır. Çünki hər bir mahnıma ürəyimin yarısını qoyuram. Bütün mahnılarım eyni səviyyədədir, biri o birindən nə aşağı, nə də yuxarıdır. Hətta mənim “Tıq-tıq xanım”, “Analar və laylalar” və daha bir neçə cizgi filmlərinə yazdığım mahnılar da bu gün oxunur. Hətta bu yaxınlarda Röya da öz konsertinin reklamını “Tıq-tıq xanım”ın mahnısı üzərində qurmuşdu.
- Bu gün həm söz, həm musiqi müəllifi olan, elə öz yazdığını da ifa edənlərin sayı az deyil...
- Nə bilim Vallah, yazırlar da. İndi elələrinə də qadağan qoymaq olmur. Demokratik ölkəyik, hamı mahnı yaza bilər. Məncə, bütün bunların həlli üçün zamanı gözləmək daha yaxşıdır. Gəlin elə onları da zamanın öhdəsinə buraxaq, zaman özü bunları təmizləyəcək. Bayağı mahnıların taleyinə fikir verin, bu gün var, sabah yoxdur. Tofiq Quliyevin. Səid Rüstəmovun, Rauf Hacıyevin, Cahangir Cahangirovun mahnıları bu gündə yüksək səviyyədə oxunur və hər ifaçı o mahnıları ifa edəndə onlara rəhmət oxuyur.
- Sirr deyilsə, yaradıcılıq dövründə özünüzün ifa etmək istədiyiniz bir mahnınız olub?
- Belə bir istəyim olmayıb, olmayacaq da. Düzdür, müğənniyə mahnımı öyrədəndə oxuyuram. Ancaq kütlə qarşısında oxumamışam. Mən özümü bəstəkar kimi təsdiq etmişəm, oxumaq nəyə lazımdır ki? Ancaq mənim haqqımda bir film çəkilib, həmin filmdə bir balaca oxumuşam. Sabah bu filmi göstərəcəklər. Həmin filmdə Heydər Əliyevin mənim haqqımda fikirləri də yer alıb.
- Çox dərin köklərə söykənən Azərbaycan bəstəkarlıq məktəbinin bugünkü durumunu necə qiymətləndirirsiniz?
- Bizim Bakı Musiqi Akademiyasında bəstəkarlıq kafedrasında çox istedadlı gənclər təhsil alırlar. Onların mahnılarını dinləyəndə əmin oluram ki, Azərbaycan bəstəkarlıq məktəbi layiqincə davam etdiriləcək. Azərbaycan bəstəkarlıq məktəbi Üzeyir Hacıbəyov, Qara Qarayev, Cövdət Hacıyev, Arif Məlikov, Vasif Adıgözəlovun adı ilə bağlıdır. Onlardan sonra isə biz gəlmişik. Baxmayaraq ki, Azərbaycanda operanın əsası XX əsrdə qoyulub, ancaq bizim bir əsrdə etdiyimizi avropalılar 22 əsrdə ediblər. Qeyd etdiyim bu fakt Azərbaycan bəstəkarlıq məktəbinin çox tez inkişaf etməsinin bariz nümunəsidir. Bu inkişaf yenə də davam edəcək. Hər dövrdə olduğu kimi istedadlılarının üzə çıxması üçün bu dövrdə də çətinliklər mövcuddur. Bu problem bizim dövrümüzdə də var idi. Ancaq istedadlı, zəhmətkeş, tələbkar bəstəkar axır-əvvəl üzə çıxır.
- Meyxana və rep janrına münasibətiniz necədir?
- Bunlar da ayrıca bir musiqi janrlarıdır və onların da həyatda yaşamaq hüququ var. Bu gün meyxananı mahnı janrına çevirib oxuyurlar. Bütün bunlar yenilik axtarışıdır. Musiqidə həmişə axtarışlar olur, axtarışlar olmasa, musiqi inkişaf edə bilməz.
- Professional bəstəkar səviyyəsinə çatmaq üçün bəstəkardan nə tələb olunur?
- Peşəkar olmaq istəyən bəstəkar ilk əvvəl özünə qarşı çox tələbkar olmalıdır. Əlbəttə ki, ilk əvvəl o bəstəkar özünə uyğun və bacardığı mahnı janrını təyin etməlidir.
- Yubileyinizi kimlərlə və harada keçirəcəksiniz?
- Ad günüm bu gündür. Ancaq bu gün ad günümü evdə də qeyd etməyəcəyəm. Yubileyim dövlət səviyyəsində sabah Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Orkestri ilə birgə konsertim olacaq. Orkestrə dirijor Rauf Abdullayev rəhbərlik edəcək. Simfoniyam, simfonik poemam, kantatalarım, Alim və Fərqanə Qasımovaların ifasında “Oxu, tar” balladam, “Məşəl kimi yanan ürək” əsərim səslənəcək. Bu ayın 19-da isə Musiqili Komediya Teatrında “Qısqanc ürəklər” oynanılacaq. May ayında yubileyimlə əlaqədar Heydər Əliyev Sarayında yaradıcılıq gecəmi keçirmək istəyirlər.
- Yubileyinizin ölkənin hüdudlarından kənarda keçirilməsi necə, gözlənilirmi?
- Ankarada yubileyimi keçirmək istəyirlər, ancaq həyat yoldaşımın səhhətində problemlər olduğundan onu qoyub gedə bilmirəm. Allahın qisməti, görək necə olacaq.
- Bu ad gününüzdə gözlədiyiniz hədiyyə varmı?
- Yaşadığım 75 illik həyatımda bütün hədiyyələrimi almışam... Sovet dövründə xalq artisti olmuşam, prezident təqaüdü alıram, “Şöhrət” ordenim var. Daha nə istəyim ki? Ancaq heç son zamanlar adımın qarşısına xalq artistini əlavə etmirəm, yazdırmaq istəmirəm.
- Niyə?
- Əslində son illər buna qərar vermişəm. Çünki xalq artistlərinin sayı çoxdur. Mən xalq artisti adını gör nə vaxt almışam. 19 il keçir xalq artisti fəxri adını almağımdan.
- Ad günündə özünüzə bir arzunuz varmı?
- Özümə arzu edirəm ki, Allah ömür versin, bir opera yazım... Bu qədər mahnıların müəllifi olduğuma görə, opera mənim üçün heç bir çətin şey deyil. Ancaq opera yazmaq üçün yaxşı ssenari olmalıdır. Bax o ssenarini gözləyirəm. Bu gün ən çox fikirləşdiyim şey opera yazmaq arzumu həyata keçirməkdir...
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb - YENİLƏNİB
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib