Bank Of Baku

Naxçıvanda Aşıqlar Birliyinin fəaliyyəti bərpa ediləcək

Naxçıvanda Aşıqlar Birliyinin  fəaliyyəti  bərpa ediləcək
# 17 aprel 2009 06:59 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasında (MR) Aşıqlar Birliyinin fəaliyyəti bərpa ediləcək. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin Elmi-Metodiki Mərkəzinin direktoru Nizami Əzizəliyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, bölgədə qədim el sənətinin inkişafına nail olmaq üçün aşıq sənəti ilə məşğul olanların siyahısı hazırlanılmaqdadır. Yaxın günlərdə Aşıqlar Birliyinin yaradılması ilə bağlı yığıncağın keçirilməsi nəzərdə tutulur. Birliyin fəaliyyətinin bərpasından sonra aşıq yaradıcılığı daha geniş və sistemləşdirilmiş şəkildə tədqiq və təbliğ olunacaq.
Qeyd edək ki, Naxçıvan Aşıqlar Birliyi fəaliyyətini 1980-ci illərin sonlarından dayandırıb. Həmin vaxtadək qurum ictimai əsaslarla fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR