Bank Of Baku

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının DVD versiyası hazırlanır

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının DVD versiyası hazırlanır
# 17 aprel 2009 10:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının DVD versiyası hazırlanır. Bu barədə APA-ya məlumat verən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov bildirib ki, DVD versiyasında “Leyli və Məcnun” operasının 100 illiyi münasibətilə oynanılan tamaşa yer alacaq. Onun sözlərinə görə, disk Moskvada hazırlanır və aprelin sonlarında Bakıya gətiriləcək. Diskin Moskvada hazırlanmasının səbəbini isə muğam ifaçısı keyfiyyətli məhsulun əldə olunması ilə əlaqələndirib. Yubiley tamaşasında Məcnun rolunu M. İbrahimov, Leyli rolunu isə xalq artisti Nəzakət Teymurova ifa edib. M. İbrahimov qeyd edib ki, operanın DVD versiyasının satışa çıxarılması da planlaşdırılır. Sözügedən tamaşanın rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru xalq artisti Cavanşir Cəfərov, quruluşçu-rəssamı isə Rafiq İsmayılovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR