Bank Of Baku

Bakıda “Muzey idarəetməsi” adlı milli seminar-treninqin açılışı keçirilib

Bakıda “Muzey idarəetməsi” adlı milli seminar-treninqin açılışı keçirilib
# 20 aprel 2009 08:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində YUNESKO-nun Moskva bürosunun və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə “Muzey idarəetməsi” adlı milli seminar-treninqin açılışı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev həyata keçirilən bu seminarı çox vacib hesab edib və seminarın işində uğurlar arzulayıb: “Muzeylərin fəaliyyəti Azərbaycanın tarixinin və mədəni ənənələrinin yaşaması baxımında çox əhəmiyyətlidir. Son illər ölkəmizdə muzey sahəsinə göstərilən diqqət olduqca artıb. Azərbaycan hökuməti təkcə muzey günündə deyil, bütün günlərində qayığı göstərir. Məhz bu qayğının nəticəsində də muzey sahəsi günü-gündən inkişaf edir. Bu inkişafın əsas göstəricilərindən biri digər ölkələrin muzeyləri ilə əməkdaşlıq qurmaqdır”. Nazir iki gün davam edəcək seminarın faydasının olacağına da ümid etdiyini vurğulayıb.

YUNESKO-nun Moskva bürosunun Azərbaycan, Ermənistan, Belarus, Moldova Respublikası və Rusiya Federasiyası üzrə mədəniyyət sahəsində proqram mütəxəssisi Lyubava Moreva çıxış edib, MDB ölkələri üzrə Dövlətlərarası humanitar əməkdaşlıq fondunun icraçı direktoru vəzifəsini icra edən Tatyana Bubnovanın adından DHƏF-nin məsləhətçisi Olqa Barakayevanın təbrik nitqi oxunub.
Qeyd edək ki, “Muzey idarəetməsi” adlı milli seminar-treninq aprelin 22-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR