Bank Of Baku

Lənkəranda xalq artisti Qabil Quliyevin yubiley gecəsi keçirilib

Lənkəranda xalq artisti Qabil Quliyevin yubiley gecəsi keçirilib
# 20 aprel 2009 09:29 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında teatrın aktyoru, respublikanın xalq artisti Qabil Quliyevin 60 illik yubileyi münasibətilə tədbir keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, rayon ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə çıxış edənlər Q. Quliyevin 35 illik səhnə fəaliyyəti müddətində yaratdığı 100-dən çox rolun tamaşaçı məhəbbəti qazandığını, Azərbaycan teatrının inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə respublikanın xalq artisti fəxri adına və prezident mükafatına layiq görüldüyünü bildiriblər. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin yubilyara ünvanladığı təbrik məktubları oxunub.
Sonda Q. Quliyevin iştirakı ilə teatrın repertuarındakı ayrı-ayrı tamaşalardan parçalar nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR