Bank Of Baku

Azərbaycan filmləri beynəlxalq kinofestivallarda nümayiş olunacaq

Azərbaycan filmləri beynəlxalq kinofestivallarda nümayiş olunacaq
# 20 aprel 2009 14:19 (UTC +04:00)
Bakı. Ülkər Qassımova-APA. Hindistan Beynəlxalq Film Festivalında Azərbaycan rejissor Ziya Şıxlinskinin “Dua” sənədli filmi ilə təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, artıq festivalın təşkilat komitəsindən bildirilib ki, film festivalın müsabiqəsinin proqramına daxil edilib. Bu ilin mayında Sevastopol şəhərində keçiriləcək “Birgə qalib gəldik” (“Pobedili vmeste”) festivalında da Azərbaycan təmsil olunacaq. Artıq festivalın proqramına rejissor Tahir Əliyevin “Təxəllüsü: Mixaylo” sənədli filmi daxil edilib. Qazaxıstanda bu ildə keçiriləcək “Şaken ulduzları” kinofestivalında iki Azərbaycan sənədli filminin nümayişi nəzərdə tutulur. Festivalda “Qədim Azərbaycan abidələri” (rejissorlar Rafiq Quliyev və İqbal Məmmədəliyev) və “Qobustan” (rejissor Nizami Abbas) iştirak etmək hüququ qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR