Bank Of Baku

Baloğlan Əşrəfov: “Xəstəliyimdən sui-istifadə edənlər çox oldu”

Baloğlan Əşrəfov: “Xəstəliyimdən sui-istifadə edənlər çox oldu”
# 22 aprel 2009 08:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Əməkdar artist Baloğlan Əşrəfov Heydər Əliyev Sarayında “Nədəndir” adı altında solo-konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, “Ses Organization”un təşkilatçılığı ilə keçirilən konsert anşlaqla keçib. B. Əşrəfov konsertdə sevilən mahnılarını oxuyub. Səhnədə üç saata yaxın çıxış edən müğənnini “Şəhriyar” İnstrumental Ansamblı müşayiət edib. Tamaşaçılara onu tək buraxmadıqları üçün təşəkkürünü bildirən B. Əşrəfov “Siz olmasanız, biz də olmarıq” söyləyib. Sənətçi mahnılarını oğurluq oxuyanlara da ismarıc göndərməyi unutmayıb: “Mən xəstəxanada olduğum müddətdə bundan sui-istifadə edənlər oldu. Mahnılarımın adını dəyişib oxuyan insana sözüm yoxdur. Repertuarımda çox sevilən mahnılarımdan birini “O gözlər” adı altında oxuyan, hətta həmin mahnıya klip çəkdirən həmin insan utanmır? O elə bilirdi ki, mən daha qayıtmayacağam. Ancaq Allah məni qaytardı ki, bu insanlara öz yerlərini göstərim. Oxuyursunuz oxuyun, ancaq müəllifin adını yazmaq vacibdir. Mən o insana buradan deyirəm ki, çox eyib olsun. O bu hərəkətləri ilə çox qabağa gedə bilməyəcək”.

B. Əşrəfov konsertin sonunda “Nədəndir” mahnısını ifa edib və türkiyəli sənətçi Sərdar Ortaca bu mahnını ifa etməzdən əvvəl ondan icazə aldığına görə təşəkkürünü bildirib. Müğənni talış dilində də mahnı ifa edib.

Konsertdən sonra B. Əşrəfov jurnalistlərə açıqlamasında konsertdən çox məmnun qaldığını bildirib. Sənətçi bu gün yerli şou-biznesdə baş verənlərlə razılaşmadığını da bildirib: “Şou-biznes hər şeyi o qədər açıq-aşkar göstərir ki, daha tamaşaçıları təəccübləndirmək olmur. Tamaşaçılarım isə hər zaman mənə sadiqdirlər. Elə bugünkü konsertimdən də məlum olduğu kimi, mənim tamaşaçılarımın sayı çoxdur”.

Qeyd edək ki, “Səs Organization”un təşkilatçılığı ilə keçirilən konsertin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR