Bank Of Baku

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Moskvada Beynəlxalq Assosiasiyanın üzvü seçilib

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Moskvada Beynəlxalq Assosiasiyanın üzvü seçilib
# 22 aprel 2009 09:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bir əsirlik yubileyinə hazırlaşan Azərbaycan Dövlət Musiqili Komediya Teatrı bu günlərdə Moskvada Beynəlxalq Assosiasiyanın ümumi yığıncağında iştirak edib. Teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarovanın APA-ya verdiyi məlumata görə, yığıncaqda iştirak edən teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev teatr kollektivinin yaradıcılıq yolu haqqında məruzə ilə çıxış edib. Məruzədən sonra yığınçaq iştirakçıları teatrın tamaşalarından, gündəlik iş fəaliyyətindən hazırlanan video görüntülərə baxıblar.
Bundan sonra açıq səsvermə keçirilib, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yekdilliklə Assosiasiyanın üzvləri sırasına daxil edilib.
Məlumatda bildirilib ki, bundan sonra Rusiyanın Akademik Bolşoy teatrının, Qalina Vişnevskayanın Opera ifaçılığı Mərkəzinin, Moskvanın Y. Kolobova adına Yeni Opera Teatrının, Sankt-Peterburq “Muzik-Xoll” teatrının, K.S. Stanislavski və V. Nemiroviz – Dançenko adına Moskva Akademik Musiqili Teatrının, Sankt-Peterburqun Musiqili Komediya Teatrının, ümumiyyətlə Rusiyanın, Ukraynanın, Belarusun, Qazaxıstanın dünya şöhrətli teatr kollektivlərinin daxil olduğu beynəlxalq təşkilatda Azərbaycan teatrının da adı çəkiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR