Bank Of Baku

Lənkəranda məktəblilərin rəsm müsabiqəsi keçirilib

Lənkəranda məktəblilərin rəsm müsabiqəsi keçirilib
# 22 aprel 2009 13:02 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhərinin Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyev adına mədəniyyət və istirahət parkında “Azərbaycan gəncləri narkotiklərlə mübarizədə” devizi altında rəsm müsabiqəsi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin (ŞGİİ) təşkilatçılığı ilə keçirilən sənət yarışmasında rayonun 50-dək məktəblisinin 70-ə yaxın rəsm əsəri nümayiş etdirilib. Rəsmlər əsasən “Qanun qarşısında”, “Narkotika atanı oğuldan ayırır”, “Narkomaniyaya yox deyək!” və s. başlıqlar altında təqdim olunub. Sonda münsiflər heyətinin qərarı ilə müsabiqədə fərqlənən 3 gənc rəssam ŞGİİ-nin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR