Bank Of Baku

Alim Qasımovun veb-saytları hazırlanır

Alim Qasımovun veb-saytları hazırlanır
# 23 aprel 2009 09:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Yaxın vaxtlarda Azərbaycanın xalq artisti, muğam ifaçısı Alim Qasımovun yeni iki veb-saytı istifadəyə veriləcək. Xanəndənin ailəsindən APA-ya bildirilib ki, ilk dəfə hazırlanan saytın biri Azərbaycanda, digəri isə Kanadada hazırlanır. Məlumata görə, Azərbaycanda hazırlanan sayt beynəlxalq standartlara uyğun olacaq. Hər iki saytda yerləşdiriləcək materiallar Azərbaycan, rus və ingilis dillərində təqdim ediləcək.
Saytlara A. Qasımovun Azərbaycanda və ölkənin hüdudlarından kənarda verdiyi konsertlərdən fraqmentlər, fotolar, tərcümeyi-halı, külliyyatı barədə və digər bilgilər daxil ediləcək. Hazırda hazırlıq prosesində olan hər iki saytın mayın sonlarında istifadəyə verilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR