Bank Of Baku

Naxçıvanın iki musiqi kollektivi Türkiyədə keçirilən uşaq bayramına qatılıb

Naxçıvanın iki musiqi kollektivi Türkiyədə keçirilən uşaq bayramına qatılıb
# 23 aprel 2009 09:40 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikasının (MR) uşaq musiqi və rəqs kollektivləri Türkiyədə qastrol səfərindədir. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əli Rzayevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, səfərin məqsədi qonşu ölkənin Aralıq və Ağrı şəhərlərində keçiriləcək “Beynəlxalq Uşaq Bayramı Həftəsi”ndə iştirak etməkdir. Bu gün start veriləcək və həftə sonuna qədər davam edəcək festivalda regionu Naxçıvan MR Estetik Tərbiyə Mərkəzinin və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 52 nəfərdən ibarət musiqi və rəqs kollektivləri təmsil edəcək. Bir sıra dünya dövlətlərinin də qatıldığı beynəlxalq tədbirdə azərbaycanlı uşaqlar milli folklor rəqslərimizdən ibarət xüsusi proqramla çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR