Bank Of Baku

Naxçıvan teatrı cənub bölgəsində qastroldadır

Naxçıvan teatrı cənub bölgəsində qastroldadır
# 24 aprel 2009 07:24 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı cənub bölgəsinə qastrol səfərinə gəlib. APA-nın yerli bürosunun məlumatına görə, yaradıcı kollektiv dünən axşam Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində xalq şairi Nəriman Həsənzadənin “Atabəylər” tarixi dramı ilə çıxış edib. Xalq artisti Mərahim Fərzəlibəyovun quruluş verdiyi tamaşada əsas rolları xalq artistləri Həsən Ağasoy, Kamran Quliyev, Rza Xudiyev, əməkdar artistlər Xəlil Hüseynov, Elmira Kərimova, Vüsal Rzayev və başqaları oynayıb. Teatrın direktoru Kamran Quliyevin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 80 illiyinə həsr olunmuş qastrol səfəri aprelin 26-dək ölkənin şimal-qərb və cənub-qərb bölgələrində davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR