Bank Of Baku

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan operası nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan operası nümayiş olunacaq
# 24 aprel 2009 10:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cokkomo Puççininin “Madam Baterflyay” (“Çio-Çio-San”) operası nümayiş olunacaq. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 2-də baş tutacaq 2 pərdəli operada əsas partiyaları teatrın aparıcı solistləri ifa edəcəklər. Azərbaycanın əməkdar artisti Zemfira İsmayılova Çio-Çio-San, əməkdar artist Həsən Enami Pinkerton, əməkdar artist Əvəz Abdullayev isə Şarples partiyasında çıxış edəcəklər. Hər üç vokalçı bu partiyaları ilk dəfə ifa edəcəklər.
Tamaşa əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun dirijorluğu ilə ifa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR