Bank Of Baku

Azərbaycanda istehsal olunan “40-cı qapı” filmi Beynəlxalq Hyuston Kinofestivalının “Qızıl mükafat”ını qazanıb

Azərbaycanda istehsal olunan “40-cı qapı” filmi Beynəlxalq Hyuston Kinofestivalının “Qızıl mükafat”ını qazanıb
# 27 aprel 2009 08:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanı 42-ci Beynəlxalq Hyuston Kinofestivalında təmsil edən “40-cı qapı” bədii filmi festivalın “Ən yaxşı xarici film”nominasiyası üzrə qızıl mükafatına (“Gold Remi Award Foreign”) layiq görülüb. “Ritm production”un direktoru, filmin prodüseri Xaqani Savalanın APA-ya verdiyi məlumata görə, festivalın nəticələri aprelin 26-da açıqlanıb. Qeyd edək ki, festivalda filmin rejissoru Elçin Musaoğlu iştirak edib. “40-cı qapı” bədii filmi dövlət sifarişi ilə “Ritm production”da çəkilib. Filmin prodüseri Xaqani Savalan, ssenari müəllifi və rejissoru Elçin Musaoğludur. Filmdə baş rolları Həsən Səfərov, Gülər Nəbiyeva, Rövşən Ağayev və başqaları canlandırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR