Bank Of Baku

Azərbaycan Dillər Universitetinin Teatr Klubu Akdeniz Universitetində tamaşa nümayiş etdirib

Azərbaycan Dillər Universitetinin Teatr Klubu Akdeniz Universitetində tamaşa nümayiş etdirib
# 27 aprel 2009 09:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dillər Universitetinin (ADU) Teatr Klubunun üzvləri Türkiyədə keçirilən universitetlərarası Beynəlxalq Teatr festivalı çərçivəsində Akdeniz Universitetində çıxış ediblər. ADU-nun mətbuat xidmətindən APA-ya bildirilib ki, bir çox ölkələrin və Türkiyənin universitetlərinin teatr klublarının iştirak etdiyi festival gənclər arasında əlaqələrin, ünsiyyətin qurulması məqsədi ilə keçirilir. ADU-nun Teatr Klubu festivalda “Özümüz” adlı tamaşa ilə çıxış ediblər. Məlumatda bildirilib ki, builki festivalın açılışı Antalyanın Akdeniz Universitetində baş tutub və festival altı gün davam edib. Festival çərçivəsində müxtəlif universitetlərin tələbələri həm dünya ədəbiyyatından seçmə əsərlər, həm də öz ssenariləri əsasında hazırladıqları səhnəcikləri təqdim ediblər. Aprelin 26-da keçirilən festivalın bağlanış mərasimində Azərbaycan Dillər Universitetinə diplom təqdim edilib. Aprelin 20-dən 26-dək Akdeniz Universitetində keçirilən festival 27-dən 30-dək İstanbulda Fatih Universitetində davam edəcək. ADU-nun Teatr Klubunun növbəti çıxışı aprelin 28-də Fatih Universitetində baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR