Bank Of Baku

Rusiya Dövlət Akademik Opera və Balet Teatrının solisti olan azərbaycanlı balerina Bakıda çıxış edəcək

Rusiya Dövlət Akademik Opera və Balet Teatrının solisti olan azərbaycanlı balerina Bakıda çıxış edəcək
# 28 aprel 2009 13:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mayın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Adolf Adanın “Jizel” baletinin tamaşasında ilk dəfə olaraq Rusiya Dövlət Akademik Opera və Balet Teatrının solisti, həmyerlimiz Çinarə Əlizadə iştirak edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, Ç. Əlizadə artıq dördüncü mövsümdür ki, Böyük Teatrın səhnəsində çıxış edir. Çinarə Əlizadənin baş rolda – Jizel rolunda çıxış edəcəyi eyniadlı tamaşada tərəf müqabili Rusiyanın əməkdar artisti, Balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Böyük Teatrın aparıcı solisti Andrey Bolotin (Albert) olacaq.
Qeyd edək ki, Çinarə Əlizadə Humanitar Universitetin nəzdində Balet Akademiyasına daxil olub və Natalya Nesterovadan balet sənətinin sirlərini öyrənib. Universitetdə üç il təhsil aldıqdan sonra isə Ç. Əlizadə Moskva Xoreoqrafiya Akademiyasında daxil olub və burada məşhur balet ustaları Nataliya Arxipova və Lyudmila Litavkina onun müəllimləri olublar. Moskva Xoreoqrafiya Akademiyasının məzunu olan Ç. Əlizadə 2005-ci ildə buraxılış imtahanlarından dərhal sonra müsabiqə yolu ilə Böyük Teatrın balet truppasına qəbul edilib. Elə həmin il həmyerlimiz balet artistlərinin Moskvada keçirilən beynəlxalq müsabiqəsində iştirak edib və qalib gələrək müsabiqənin qızıl medalı və I mükafatını əldə edib. Azərbaycanlı balerina Böyük Teatrın truppası ilə bir çox yaxın və uzaq ölkələrdə qastrol səfərlərində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR