Bank Of Baku

Lənkəranda dekorativ-tətbiqi sənət ustalarının iştirakı ilə sərginin açılışı olacaq

Lənkəranda dekorativ-tətbiqi sənət ustalarının iştirakı ilə sərginin açılışı olacaq
# 29 aprel 2009 10:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. I Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı çərçivəsində Lənkəran şəhərində mayın 1-də bölgənin 12 rayonundan olan dekorativ-tətbiqi sənət ustalarının iştirakı ilə təşkil ediləcək ikinci sərginin açılışı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təşkilat komitəsi sərgiyə təqdim olunmuş ən yaxşı əsərləri seçəcək və həmin əsərlər bu ilin dekabrında Bakıda keçiriləcək yekun sərgisində nümayiş etdiriləcək. Bu münasibətlə festivalın tanınmış incəsənət ustaları və mütəxəssislərdən ibarət təşkilat komitəsinin üzvləri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə Lənkərana səfər edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR