Firəngiz Əlizadə: “Telekanallarda Bədii Şuraların bərpa olunmasına ehtiyac yaranıb”
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Bəstəkarlar İttifaqının mahnı və estrada musiqisi bölməsinin iclası keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin də iştirakı ilə keçirilən iclasa ittifaqın katibi, əməkdar incəsənət xadimi Eldar Mansurov sədrlik edib. E. Mansurov son illər mahnı yaradıcılığında xoşagəlməz halların artdığını, qeyri-peşəkar və təsadüfi adamların özlərini “bəstəkar” adlandıraraq bu sənətə baş vurub maliyyə imkanlarının hesabına efiri «mahnılarla» zəbt etdiyini söyləyib. Belələrinin ucbatından bəstəkarlıq sənətinin nüfuzuna xələl gəldiyini söyləyən E. Mansurov mahnı janrından, sənət növündən daha çox insanların şüuruna təzyiq vasitəsi kimi istifadə edildiyini və həmkarlarından artıq həyəcan təbilinin çalındığı bir məqamda belə bir vəziyyətin normallaşdırılması istiqamətində təkliflər verməyi və bu istiqamətdə birgə fəaliyyət göstərməyi qeyd edib: “Peşəkar bəstəkarların əsərləri bu gün efirdə səsləndirilmir. Bəstəkarlıq sənətini təhqir etmək olmaz. Küçədən gedən sıradan bir şəxs də özünə bəstəkar desin, mən də. Lazımdırsa, lap telekanallara müraciətlər göndərərək, qeyri-peşəkar musiqi ilə peşəkar bəstəkarın yaradıcılığına fərq qoyulmasını tələb etmək lazımdır”.
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə mahnı yaradıcılığında yaşanan nöqsanların nəinki peşəkar musiqiçiləri, hətta sadə insanları da narahat etdiyini vurğulayıb: “İnsanlar mənə tez-tez zəng edib Bəstəkarlar İttifaqının sədri kimi bu acınacaqlı vəziyyətin aradan qaldırılması üçün lazımi ölçülərin götürülməsini tələb edirlər. Bu birbaşa bizdən asılı məsələ deyil. Özəl telekanallar reytinq xətrinə efirdə qeyri-peşəkarların mahnılarına üstünlük verirlər. Bəlkə də, efirdə səslənən musiqilərin 10 faizi peşəkar bəstəkarların, 90 faizi isə qeyri-peşəkarların payına düşür. Aranjemançılar özləri etiraf edirlər ki, internetdən hazır standart qəlibləri axtarıb tapır, hərəsindən bir parçanı götürüb birləşdirib, mahnı formasına salırlar. Halbuki, onların heç not və ya partitura yazmaq bacarığı da yoxdur. Məhz bu məsələləri nizamlamaq üçün telekanallarda Bədii Şuraların bərpa olunmasına ehtiyac yaranıb. İstərdik ki, sağlam rəqabətin yaranması üçün bəstəkarlar öz əsərlərini bu şuralara təqdim etsinlər. Telekanalların musiqi redaksiyalarına Bəstəkarlar İttifaqının üzvlərinin cəlb edilməsini çox istərdik. Bununla yanaşı bəstəkarlarımız müasir tələbata cavab verən keyfiyyətli əsərlər bəstələməli və öz əsərlərini özləri aranjeman etməlidir”.
Bəstəkar Sərdar Fərəcov çıxışında müasir dinləyicinin tələbatını ödəmək üçün peşəkar bəstəkarlarımızın öz üzərlərində çox çalışmalı olduqlarını qeyd edib. Bəstəkar Mobil Babayev isə problemlərin aradan qaldırılması istiqamətində ilk iş kimi Dövlət Televiziyasında Mədəniyyət və Turizm Nazirliyinin məsul şəxslərinin iştirakı ilə canlı yayımda dəyirmi masanın təşkil olunmasını təklif edib. Bəstəkarlar Vüqar Camalzadə, Nadir Əzimov da Bədii Şuranın yaradılmasını çıxış yolu kimi qiymətləndiriblər. İclasın sonunda
telekanallarda Bədii Şuraların fəaliyyəti bərpa edilməsi, telekanalların musiqi redaksiyalarının fəaliyyətinə peşəkar musiqiçilər cəlb edilməsi, peşəkar bəstəkarların yaradıcılığına lazımi qədər efir vaxtı ayrılması, dövlət sifarişi ilə istehsal olunan filmlərə musiqi bəstələnməsinin peşəkar bəstəkarlara həvalə edilməsi, piratçılıqla mübarizənin sərtləşdirilməsi, Mədəniyyət və Turizm Nazirliyinin bu sahəyə məsul vəzifə sahiblərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Azərbaycan Dövlət Televiziyasının canlı yayımında dəyirmi masa təşkil olunması təkliflərin yer aldığı müraciətin müvafiq orqanlara göndərilməsi qərara alınıb.
İncəsənət
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib - YENİLƏNİB-2 - FOTO
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb - YENİLƏNİB
Xəbər Lenti
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb - YENİLƏNİB
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Sabah İstanbulda Məkkə Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası keçiriləcək
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib