Bank Of Baku

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi “Min Nəfəs – Bir Səs” II Beynəlxalq Türkdilli Teatrların Festivalında uğurla çıxış edib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi “Min Nəfəs – Bir Səs” II Beynəlxalq Türkdilli Teatrların Festivalında uğurla çıxış edib
# 29 aprel 2009 14:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Uçqun” tamaşası beynəlxalq festivalda böyük uğur qazanıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyənin Konya şəhərində keçirilən “Min Nəfəs – Bir Səs” II Beynəlxalq Türkdilli Teatrların Festivalında türk dramaturqu Tuncer Cücenoğlunun “Uçqun” əsəri əsasında quruluşçu rejissor Bəhram Osmanov tərəfindən hazırlanmış tamaşa teatr kollektivi tərəfindən böyük uğurla nümayiş etdirilib. “Festivalın yaraşığı” kimi dəyərləndirilən bu tamaşa həm türk teatrsevərləri, həm də teatr festivalın çoxsaylı xarici iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Tamaşadan sonra çıxış edən Konya Dövlət Teatrının bədii rəhbəri Tomris Çetinel, “TÜRKSOY” beynəlxalq təşkilatın Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı və Milli Teatrın direktoru Maqbet Bunyatov festival və tamaşa haqqında təəssüratlarını bildirib və hədiyyələr təqdim ediblər. Türkiyə Dövlət Teatrları üzrə baş müdir Lemi Bilgin Azərbaycanın Milli Teatrını xüsusi diplom ilə təltif edib və 2010-cu ildə keçiriləcək “Min Nəfəs – Bir Səs” III Beynəlxalq Türkdilli Teatrların Festivalına rəsmi surətdə dəvət edib. Məlumatda bildirilib ki, festival çərçivəsində bir sıra perspektivli görüşlər keçirilib. Teatrın direktoru Maqbet Bunyatov Konya Dövlət Dram Teatrı ilə Milli Teatrımız arasında qarşılıqlı yaradıcılıq işləri, Şimali Kipr Dövlət Dram Teatrının baş müdiri Derman Anık ilə qarşılıqlı dostluq əlaqələrin qurulması barədə razılıq əldə edib və 2009-cu il sentyabrında Şimali Kipr Teatr Festivalına dəvət olunub. Eyni zamanda, teatr festivalının iştirakçıları olan Tatarıstan, Bolqarıstan, Makedoniya, Qazaxıstan, Başqırdıstan, Qırğızıstan, Qaqauz və İraq-Kərkük teatrlarının nümayəndə heyətlərinin rəhbərləri ilə qarşılıqlı fikir mübadilələri keçirilib və aradakı əlaqələrin daha sıx olması ilə bağlı danışıqlar aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR