Bank Of Baku

Qazaxıstanda keçirilən tədbirdə Azərbaycan milli geyimini nümayiş etdirən tələbə 1-ci yerə layiq görülüb - FOTOSESSİYA

Qazaxıstanda keçirilən tədbirdə Azərbaycan milli geyimini nümayiş etdirən tələbə 1-ci yerə layiq görülüb - <font color=red>FOTOSESSİYA</font>
# 01 may 2009 07:41 (UTC +04:00)
Astana. Ləman Ağayeva. APA. Qazaxıstanda hər il mayın 1-i Xalqlar Dostluğu bayramı kimi qeyd olunur. APA-nın Astanadakı müxbirinin məlumatına görə, bu münasibətlə ölkədə müxtəlif konkurslar və festivallar keçirilir. Lev Qumilyev adına Avrasiya Milli Universitetinin beynəlxalq əlaqələr fakültəsinin “Gözəllik, həyat tərzi və sağlamlıq” nominasiyası üzrə keçirdiyi tədbirdə 1 və 3-cü kursun qızlarından ibarət tələbələr Yunanıstan, Yaponiya, Misir, İordaniya, İspaniya, Qazaxıstan və Azərbaycanın milli geyimində rəqs, rəngarəng gözəllik və dəb nömrələri nümayiş etdiriblər. Azərbaycan milli geyimini nümayiş etdirən Akdana Konırova fakültə üzrə 1-ci yerə layiq görülüb.
O xüsusi hədiyyələr, o cümlədən Avropaya pulsuz səyahət aviabileti qazanıb. A. Konırova APA-ya açıqlamasında bildirib ki, “Xəzər” Azərbaycan Milli Mərkəzindən əldə etdiyi milli paltarla çox qurur duyur və ona uğur gətirən bu paltar, həm də Qazaxıstanın bayrağı rəngindədir. Lev Qumilyev adına Avrasiya Milli Universitetinin beynəlxalq əlaqələr fakültəsinin 3-cü kurs tələbəsi olan A. Konıraova, onu da bildirib ki, universitet üzrə keçiriləcək final konsertində də bu paltarı nümayiş etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR