Bank Of Baku

Lənkəranda dekorativ-tətbiqi sənət ustalarının iştirakı ilə sərginin açılışı olub

Lənkəranda dekorativ-tətbiqi sənət ustalarının iştirakı ilə sərginin açılışı olub
# 01 may 2009 14:48 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. I Ümumrespublika dekorativ-tətbiqi sənət Festivalı çərçivəsində bu gün Lənkəranda bölgənin dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərginin açılışı olub. APA-nın cənub bürosunun məlumatına görə, sərgi Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının foyesində təşkil olunub. Sərginin açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektorunun müdiri Leyla Axundzadə, Dövlət Rəsm Qalereyasının direktoru Arif İbrahimov, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Muzeyinin direktoru Röya Tağıyeva, Dövlət İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov və digərləri iştirak ediblər.
Qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, qazanılan uğurların geniş ictimaiyyətə təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən əsərlərin aşkarlanması məqsədini daşıyan sərgidə cənub bölgəsinin 12 rayonu üzrə 500-ə yaxın əl işlərindən ibarət sənət nümunələri nümayiş etdirilib. Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektorunun müdiri Leyla Axundzadə jurnalistlərlə söhbətində bugünkü sərgiyə təqdim olunmuş ən yaxşı əsərlərin seçilərək bu ilin dekabrında I Ümumrespublika dekorativ-tətbiqi sənət Festivalının Bakıda keçiriləcək yekun sərgisində nümayiş etdiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR