Bank Of Baku

“Leyli və Məcnun”un yeni ifaçılarının ilk çıxışları anşlaqla keçib

“Leyli və Məcnun”un yeni ifaçılarının ilk çıxışları anşlaqla keçib
# 04 may 2009 11:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mayın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunub. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilk dəfə olaraq tamaşada baş rolları Üzeyir Hacıbəyli adına Muğam Müsabiqəsinin qalibləri – gənc muğam ifaçıları Vüsalə Musayeva və İlkin Əhmədov ifa ediblər. Leyli və Məcnunun yeni ifaçıları tamaşaçıların böyük marağına səbəb olub, buna görə də tamaşa anşlaqla keçib. Məlumatda bildirilib ki, 22 yaşlı Vüsalə və 23 yaşlı İlkinin ariya və duetləri zalda alqışlara müşayiət olunub, tamaşadan sonra isə tamaşaçılar onları uzun müddət səhnədən buraxmayaraq, ayaq üstə alqışlayıblar. Uzun illər Məcnun rolunu ifa edən xalq artisti Mənsum İbrahimov tamaşadan sonra gəncləri təbrik edib: “Vaxtilə mənə də teatr rəhbərliyi tərəfindən etimad göstərilərək Məcnun rolunda çıxış etmək imkanı verilmişdi. Bu rol mənim böyük sənətə gəlişimdə həlledici məqam oldu, bu gün mən artıq sənətdə yüksək uğurlar əldə etmişəm. Vüsalə və İlkini çıxışları bizim gözlədiyimizdən də böyük uğurla baş tutdu. Əminəm ki, onların böyük gələcəyi var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR