Bank Of Baku

“Eurovision-2009” müsabiqəsində İsraili təmsil edəcək qrup israillilərlə fələstinlilərin barışığına həsr olunmuş mahnı ifa edəcək

“Eurovision-2009” müsabiqəsində İsraili təmsil edəcək qrup israillilərlə fələstinlilərin barışığına həsr olunmuş mahnı ifa edəcək
# 04 may 2009 13:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Rusiyanın paytaxtı Moskvada keçiriləcək “Eurovision-2009” müsabiqəsində İsraili təmsil edəcək “Noa&Mira Awad” qrupu israillilərlə fələstinlilərin barışığına həsr olunmuş mahnı ifa edəcək. APA-nın “RİA-Novosti”yə istinadən yaydığı xəbər görə, qrupun müsabiqədə ifa edəcəyi “Ther must be another way” (“Başqa yol olmalıdır”) mahnı ərəb, ivrit və ingilis dillərində səslənəcək. Qrupun fələstinli üzvü Mira Awad keçirdiyi mətbuat konfransında deyib ki, ölkələrin seçdiyi yol onları heç yerə aparmır: “Ölkələrimizin seçdiyi yol bizi heç yerə aparmır. Biz isə ölkələrimizi sülhə və əmin-amanlığa aparan yolu axtarırıq. Bunu tapmağa cəhd göstəririk”.
Qrupun israilli iştirakçısı Noa isə çıxışında “bu müsabiqədə əsas qalib olmaq deyil. Əsas məqsədimiz çox milyonlu Avropa auditoriyasına sülh haqqında nəğməni təqdim etməkdir” deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR