Bank Of Baku

Tarzən Ramiz Quliyev və dirijor Əyyub Quliyev Kalininqradda keçiriləcək beynəlxalq festivalda iştirak edəcək

Tarzən Ramiz Quliyev və dirijor Əyyub Quliyev Kalininqradda keçiriləcək beynəlxalq festivalda iştirak edəcək
# 05 may 2009 10:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mayın 6-dan iyunun 5-dək Rusiyanın Kalininqrad Dövlət Filarmoniyasında “Kəhrəba boyunbağı” XXIV Beynəlxalq İncəsənət Festivalı keçiriləcək. Azərbaycanı ilk dəfə olaraq bu festivalda xalq artisti, tarzən Ramiz Quliyev və beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev təmsil edəcək. Ə. Quliyev APA-ya bildirib ki, onun dirijorluğu altında Kalininqrad Dövlət Filarmonik Orkestri F. Şubert, A. Dvorjak və S. Prokofyevin əsərlərini ifa edəcək. Eyni zamanda Kalininqrad şəhərində ilk dəfə olaraq professor Ramiz Quliyevin ifasında Azərbaycan bəstəkarları Ü. Hacıbəyli, Q. Qarayev, F. Əmirov, G. Hüseynli, H. Rzayevin əsərləri, Azərbaycan muğamları, həmçinin Qərb bəstəkarlarının klassik əsərlərinin tar və orkestr üçün işləmələri səsləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR