Bank Of Baku

Polşalı piano ifaçısı Stanislav Dea Bakı Musiqi Akademiyasının tələbələrinə ustad dərsləri keçib

Polşalı piano ifaçısı Stanislav Dea Bakı Musiqi Akademiyasının tələbələrinə ustad dərsləri keçib
# 05 may 2009 12:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakıda səfərdə olan polşalı piano ifaçısı Stanislav Dea bu gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinə ustad dərsləri keçib. Bakı Musiqi Akademiyasının prorektoru, pianoçu Yeganə Axundovanın APA-ya verdiyi məlumata görə, ustad dərslərində polşalı pianoçu bəstəkar Frederik Şopenin əsərlərini ifa edib. S. Dea bir neçə saat ərzində BMA tələbələrinə Şopen yaradıcılığından danışıb: “Son illər Bakı Musiqi Akademiyası bir çox ölkələrin musiqiçilərini qarşılayır. Çox sevindiricidir ki, akademiyamızın beynəlxalq əlaqələri artmaqdadır. Başqa ölkələrin konservatoriyalardan gələn müəllimlərin tələbələrimizə ustad dərsləri tədris etməsi çox gözəl haldır”. Y. Axundova onu da qeyd edib ki, bundan əvvəl Fransadan gələn vokal ustası Patrik Kalafato, İsraildən orqan ifaçısı Aleksandr Qoren, Amerikanın nəfəs alətlərindən ibarət iki kvintet BMA tələbələri üçün ustad dərsləri keçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR