Bank Of Baku

Dövlət Film Fondunda “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda tədbir keçirilib

Dövlət Film Fondunda “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda tədbir keçirilib
# 06 may 2009 12:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Dövlət Film Fondunun yeni binasında Heydər Əliyevin anadan olmasının 86 illiyi münasibəti ilə “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Xamis Muradov, kinoşünas Aydın Kazımzadə, xalq artisti Hacı İsmayılov və başqaları çıxış ediblər. Çıxışçılar ötən əsrin son 30 ili ərzində və yeni əsrin əvvəlində Heydər Əliyevin milli kino üçün kadrların hazırlanması, kinostudiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə gördüyü işlər, onun dövründə, bəzi hallarda onun bilavasitə təşəbbüsü ilə yaradılan filmlər haqqında söz açıblar. Tədbirdə Heydər Əliyevlə bağlı hazırlanmış xüsusi video-çarxlar da göstərilib. Fondun foyesində Heydər Əliyevin fotoşəkillərindən ibarət sərgi təşkil olunub. Tədbirin sonunda xalq artisti Vaqif Mustafayevin Heydər Əliyevə həsr olunmuş sənədli serialından “Əsl məhəbbət haqqında” filmi nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR