Bank Of Baku

Lyudmila Zıkina: “Azərbaycan prezidentinin məni Bakıya dəvət etməsinə məmnuniyyətlə razılıq vermişəm” - FOTO

Lyudmila Zıkina: “Azərbaycan prezidentinin məni Bakıya dəvət etməsinə məmnuniyyətlə razılıq vermişəm” - <font color=red>FOTO</font>
# 13 may 2009 12:27 (UTC +04:00)
Moskva. R. Mətləboğlu-APA. “Çox şadam ki, dostlarım arasında azərbaycanlılar da var. Moskvada bir çox azərbaycanlı ilə ünsiyyət qururam. Bakını çox sevirəm, Azərbaycanın mərhum prezidenti Heydər Əliyev mənə çox dəyər verirdi. Onun oğlu, Azərbaycan prezidenti İlham Əliyevi öz yubileyimə dəvət edirəm. O isə məni sentyabrda Bakıya dəvət edib. Bu dəvəti böyük məmnuniyyətlə qəbul etmişəm”. Bu fikirləri keçirdiyi mətbuat konfransında SSRİ və Azərbaycanın xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, “Rusiya” Dövlət Akademik Xalq Ansamblının bədii rəhbəri Lyudmila Zıkina APA-nın Moskvadakı müxbirinin sualını cavablandıran zaman söyləyib. O, ağır müharibə dövrü keçirən Azərbaycan xalqının dərdinə şərik olduğunu vurğulayıb: “Biz hamımız bir ölkədə doğulmuşuq, biz vahid ailəyik, bizi bir-birimizdən ayırmaq olmaz”.

Qeyd edək ki, bu il Lyudmila Zıkinanın anadan olmasının 80, yaradıcılığının isə 60 illiyi tamam olur. “RİA Novosti” beynəlxalq mətbuat mərkəzində keçirilən mətbuat konfransında Tiflis və Kişinyovla birbaşa bağlantılar təşkil olunub, videokonfransa SSRİ-nin xalq artistləri Nani Breqvadze və Yevgeni Doqa da qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR