Bank Of Baku

Azərbaycanın bədii filmi iki məşhur film festivalına dəvət alıb

Azərbaycanın bədii filmi iki məşhur film festivalına dəvət alıb
# 14 may 2009 08:15 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın “40-cı qapı” bədii filmi iki məşhur film festivalında da iştirak üçün dəvət alıb. Bu barədə APA-ya “Ritm production”un direktoru, filmin prodüseri Xaqani Savalan məlumat verib. Məlumata görə “40-cı qapı” iyun ayında Şanxay, iyulda isə Karlovi-Vari Beynəlxalq film festivallarında iştirak edəcək. X. Savalanın sözlərinə görə, festivallar A kateqoriyalıdır, burada dünyanın hər yerindən nümayəndələr iştirak edir.
Qeyd edək ki, film aprel ayında 42-ci Beynəlxalq Hyuston Kinofestivalında “Ən yaxşı xarici film” nominasiyası üzrə qızıl mükafata (GOLD REMI AWARD. Foreign) layiq görülüb.
Xatırladaq ki, “40-cı qapı” bədii filmi dövlət sifarişi ilə “Ritm production”da çəkilib. Filmin ssenari müəllifi və rejissoru Elçin Musaoğludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR