“Qız qalası” baletinin baş rollarında gənc ifaçılar çıxış edəcək
14 may 2009 10:39 (UTC +04:00)
Bakı-APA. Mayın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin tamaşası olacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın baş rolları – Gülyanaq və Polad rolunu balet truppasının gənc solistləri Tamilla Məmmədzadə və Timur Əsgərov ifa edəcəklər.
Truppanın daha təcrübəli solistlərindən olan T. Məmmədzadə 2001-ci ildən teatrda çalışır. O, bu vaxta kimi Fikrət Əmirovun “Min bir gecə” baletində Mərcanə və Nuridə, Qara Qarayevin “Don Kixot” baletində Dulsineya, “Yeddi gözəl” də Çin gözəli və bir sıra digər aparıcı partiyaları müvəffəqiyyətlə ifa edib. 19 yaşlı Timur Əsgərov isə üçüncü mövsümdür ki, teatrda çıxış edir. Bakı xoreoqrafiya məktəbini 2008-ci ildən bitirən T. Əsgərov balet artisti üçün lazım olan kifayət qədər yüksək göstəricilərə malikdir. Polad onun səhnədə ilk böyük rolu olacaq.

İncəsənət
"Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib - FOTO
23:25
18 may 2024
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub
17:42
18 may 2024
Mədəniyyət Nazirliyi və AMEA-nın rəhbərliyi "Azdrama"da "Əsrə bərabər gün" tamaşasına baxıb
12:26
18 may 2024
Gəncədə 2 nömrəli musiqi məktəbi özəlləşdirilib, bina boşaldılır
17:49
17 may 2024