Bank Of Baku

Almatıda “Şəken ulduzları-2009” beynəlxalq kino festivalı keçirilir

Almatıda  “Şəken ulduzları-2009”  beynəlxalq kino festivalı keçirilir
# 18 may 2009 07:22 (UTC +04:00)
Almatı. Ləman Ağayeva-APA. Almatıda Qazaxstan Mədəniyyət və İnformasiya Nazirliyinin və Almatı şəhər hakimiyətinin təşkilatçılığı ilə gənc kinomotoqrafçıların VII “Şəken ulduzları-2009” beynəlxalq kino festivalı keçirilir. APA-nın Qazaxıstan müxbirinin məlumatına görə, beş gün davam edəcək kino bayramında Azərbaycan, Türküyə, İran, Hindistan, Kanada, Fransa, Rusiya, İspaniya, İngiltərə, Almaniya daxil olmaqla dünyanın 30 ölkənin gənc kinomotoqrafçılar iştirak edirlər. Azərbaycanlı kinomotoqrafçılar əməkdar incəsənət xadimi, kinorejissor Abbas Nizaminin “Qobustan” və kinorejissorlar İqbal Məmmədəliyev və Rafiq Quliyevin “Azərbaycanın Qədim abidələri” sənədli filmləri ilə festivalda iştirak edirlər. “Azərbaycanın qədim abidələri” sənədli filimində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindəki tarixi memarlıq abidələrdən söhbət açılır. Beş gün davam edəcək kino bayramında dünyanın 30 ölkəsindən 65 tammetrajlı və qısametrajlı kinofilmlər nümayiş etdiriləcək. Festivalda münsiflər heyətinə və tamaşaçılara 64 tammetrajlı və qısametrajlı kinofilm təqdim ediləcək. Festivalın yekununda isə konkursun qaliblərinə müxtəlif nominasiyalarda 20-yə yaxın mükafat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR