Bank Of Baku

Astarada talış dilində tamaşanın təqdimatı keçirilib

Astarada talış dilində tamaşanın təqdimatı keçirilib
# 22 may 2009 06:57 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Astara rayonunun Kakalos kənd mədəniyyət evində yazıçı-dramaturq Azər Əliyevin “Cəhənnəmə gedən yol” əsərinin motivləri əsasında talış dilində hazırlanmış mono-tamaşanın təqdimatı keçirilib. Bu barədə APA-nın cənub bürosuna Astara rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov məlumat verib. Onun sözlərinə görə, Avropa Şurasının Gənclər Fondunun maliyyə dəstəyi və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Bərpa Mərkəzinin təşkilatçılığı ilə səhnəyə qoyulan əsərin quruluşçu-rejissoru YUNESKO-nun Muzeylər Şurasının üzvü Əfqan Şəfiyev, baş rolun ifaçısı isə rayonun Pensər kənd mədəniyyət evinin “Bütəsər” bədii özfəaliyyət kollektivinin rəhbəri Səhabəddin Əhmədovdur. Çağdaş cəmiyyətdə narkotika əsiri olmuş gəncləri bu bəladan uzaqlaşdırmaq məqsədi daşıyan tamaşanın Astaranın bir sıra yaşayış məntəqələrində, eləcə də Lənkəran, Lerik və Masallı rayonlarında oynanılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR