Bank Of Baku

Ermənistana həsr olunmuş mahnısı ilə məşhurlaşan Nino Katamadzenin Bakıda verəcəyi konsert təxirə salınmayacaq

Ermənistana həsr olunmuş mahnısı ilə məşhurlaşan Nino Katamadzenin Bakıda verəcəyi konsert təxirə salınmayacaq
# 22 may 2009 12:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Ermənistana həsr olunmuş mahnısı ilə məşhurlaşan gürcü caz ifaçısı Nino Katamadze Bakıda verəcəyi konserti təxirə salınmayacaq. Bunu APA-ya konsertin təşkilatçılarından biri olan “Face club”un nümayəndəsi Səbinə Cüməzadə deyib. S.Cüməzadə bildirib ki, ifaçının Ermənistana mahnı həsr etməsi, eləcə də Ermənistanda konsert verməsi onun Azərbaycanda konsertinə mane ola bilməz: “Bir çox müğənnilər var ki, onlar həm Ermənistanda, həm də Azərbaycanda konsert veriblər. Nino da həmin müğənnilərdən biridir. Ermənistanda konsert verməsi, Ermənistana mahnı həsr etməsi və həmin mahnının video-rolikində Ermənistanın görüntülərinin yer alması onun Azərbaycandakı konsertinə mane ola bilməz. Əgər həmin video-rolikdə Dağlıq Qarabağın görüntülərindən istifadə olunsaydı, o zaman bu müğənninin Bakıya gəlməsinə biz özümüz razı olmazdıq. O Azərbaycanda ilk dəfə konsert verəcək. Bəlkə bura gəldikdən sonra Azərbaycan üçün də bir mahnı yazacaq? Onun Azərbaycana sevgisi məhz bura səfərindən sonra yarana bilər”.

Xatırladaq ki, N. Katamadzenin konsertlərindən biri Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Nino Katamadze Ermənistanla bağlı mahnının müəllifidir və məhz həmin mahnı müğənnini dünyada məşhur edib. “Olei” adlanan bu mahnı məhz Ermənistana həsr olunub və mahnının video çarxında Ermənistanın görüntüləri də var. Əsas məqamlardan biri isə bu mahnının İnternetdə yerləşdirilən video rolikində “Olei”dən sonra “Yerevan” sözlərinin yazılmasıdır. Bu video rolikə http://eho.blogrus.ru/post/246/3948 İnternet ünvanında baxmaq mümkündür. Onu da qeyd edək ki, N. Katamadze Ermənistanda təşkil olunan caz festivalında iştirak edib və həmin festivalda çıxışı zamanı mahnını Ermənistana həsr etdiyini dilə gətirib. www. armenianjazz.am/739 internet İnternet ünvanında isə gürcü müğənnisinin Ermənistanda böyük konsert proqramı ilə çıxış etməsi qeyd olunur və onun Ermənistanda konsert verməsini erməni xalqı üçün böyük xoşbəxtlik olduğu vurğulanıb. Caz müğənnisi müxtəlif internet saytlarında yerləşdirilən bir çox müsahibələrində ürəyinin Gürcüstan və Ermənistanla döyündüyünü də dilə gətirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR