Bank Of Baku

Tiflisdə Birinci Beynəlxalq Dünya xalqları rəqs müsabiqəsi keçirilib - FOTOSESSİYA

Tiflisdə Birinci Beynəlxalq Dünya xalqları rəqs müsabiqəsi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 25 may 2009 12:00 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə- APA. Tiflisdə Nodar Dumbadze adına Mərkəzi Dövlət Uşaq Teatrında “Open New World 2009” adlı Birinci Beynəlxalq Dünya xalqları rəqslərinin festival-müsabiqəsi keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, tədbir Gürcüstanda yaşayan xalqların dostluğunun daha da möhkəndirilməsi məqsədilə təşkil edilib. Festival-müsabiqə “Friendship Forse Tbilisi-Georgia” beynəlxalq təşkilatın təşkilatçılığı ilə həyata keçirilib. Tədbirə Gürcüstan, Azərbaycan, Ukrayna, Polşa, Yunanıstan, Russiya rəqs qrupları da qatılıb. Festival-müsabiqədə Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində yaradılan “Sarvan” rəqs qrupu da iki rəqslə çıxış edib. Rəqs qrupu xalq rəqslərinin solo ifası üzrə nominasiyanın birinci yerini tutub, diplom və mükafat alıb. “Sarvan ” rəqs qrupu qrup nominasiyası üzrə “Nazilə” rəqsinin nümayişinə görə II yerə və diploma layiq görünüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR