Bank Of Baku

Aleksandr Puşkinin nağıllarına həsr olunmuş rəsmlərin 40 müəllifi mükafatlandırılıb

Aleksandr Puşkinin nağıllarına həsr olunmuş rəsmlərin 40 müəllifi mükafatlandırılıb
# 26 may 2009 14:30 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bakıda fəaliyyət göstərən Rusiya Mədəniyyət və İnformasiya Mərkəzi “Rus xalq nağıllarının sehrli dünyası. Puşkinin nağıl aləmi” adlı uşaq rəsm müsabiqəsinin qaliblərini mükafatlandırıb. APA-nın məlumatına görə, müsabiqə böyük şair Aleksandr Puşkinin 210 illiyinə həsr olunmuş “Puşkiniana” layihəsi çərçivəsində keçirilib. Mərkəzin rəhbəri Ənvər Şeyxov bildirib ki, müsabiqədə Bakı və ölkənin digər bölgələrindən olan 30-dan artıq məktəbin 200-dən artıq şagirdi iştirak edib. Puşkinin nağıllarına həsr olunmuş rəsmlərin 40 müəllifi müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Münsiflər heyətinin sədri, rusiyalı rəssam İrina Zaqovorçeva rəsmlərin müəlliflərini istedadlı uşaqlar adlandırıb və deyib ki, ola bilsin onların arasında gələcəkdə Azərbaycanın fəxr edəcəyi rəssamlar var.

Qeyd edək ki, “Puşkiniana” çərçivəsində rəsm müsabiqəsindən əlavə digər müsabiqələr də keçirilir. Bütün müsabiqələrə iyunun 6-da - A. Puşkinin doğum günündə onun abidəsi qarşısında yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR