Bank Of Baku

Rəhman Əlizadənin “Vicdansızlar” tamaşasına baxış keçirilib

Rəhman Əlizadənin “Vicdansızlar” tamaşasına  baxış keçirilib
# 27 may 2009 12:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Aktyor evində “Vahid” Poeziya Evinin yeni yaradılmış Satira Teatr Studiyasının kollektvinin ifasında əməkdar mədəniyyət xadimi Rəhman Əlizadənin müəllifi olduğu “Vicdansızlar” tamaşasına baxış keçirilib. Səbayel rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, rayonunun müəssisə və idarələrin, təhsil müəssisələrinin kollektivlərinin, veteranların və gənclərin nümayəndələrinin iştirak etdiyi bu tamaşanın quruluşçu rejissoru Rəhman Əlizadə, bəstəkarı Eldar Mansurovdur. “Vahid” Poeziya Evinin direktoru Fikrət Urucəliyev bildirib ki, Satira Teatr Studiyası cəmi 3 ay əvvəl yaradılıb və Mədəniyyət və İncəsənət Universitetinin gənc məzunları və yuxarı kurs tələbələri studiyanın truppasına daxil edilib. Rejissor Rəhman Əlizadənin rəhbərliyi ilə kollektiv üzvləri qısa müddət ərzində “Vicdansızlar” tamaşasını hazırlayıblar. Hazırda kollektiv daha bir neçə əsərin tamaşasını hazırlayır və tamaşaçılar qarşısında çıxışlara hazırlaşır. Tamaşaya baxışda Səbail rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov, Bakı şəhər Mədəniyyət İdarəsinin rəisi Əlikram Əliyev iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR