Bank Of Baku

"Şərq-Qərb dünyası uşaqların gözü ilə" beynəlxalq rəsm müsabiqəsi keçiriləcək

"Şərq-Qərb dünyası uşaqların gözü ilə" beynəlxalq rəsm müsabiqəsi keçiriləcək
# 29 may 2009 10:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bakı şəhərində "Şərq-Qərb dünyası uşaqların gözü ilə" beynəlxalq rəsm müsabiqəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə uşaq yaradıcılığının inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi, müxtəlif xalqların mədəniyyətləri ilə tanışlıq vasitəsilə uşaqlar arasında dostluq əlaqələrinin yaradılması məqsədi daşıyır. “Şərq-Qərb dünyası uşaqların gözü ilə” beynəlxalq rəsm müsabiqə-sərgisinin açılışı iyunun 1-də - Beynəlxalq Uşaqları Müdafiə Günündə Muzey Mərkəzinin incəsənət qalereyasında keçiriləcək. Müsabiqədə iştirak etmək üçün Azərbaycan, Türkiyə, Belarus, Bolqarıstan, Çin, Filippin, Gürcüstan, Honkonq, İsrail, Qatar, Qazaxıstan, Latviya, Misir, Rusiya, Tailand, Ukrayna, Pakistan, Polşa və digər ölkələrdən 5-15 yaşlı uşaqların 2000-ə yaxın rəsm əsəri daxil olub. Müsabiqənin əsasnaməsinə müvafiq olaraq ən yaxşı 300 əsər seçilərək sərgidə nümayiş etdiriləcək. Azərbaycan, Rusiya və Özbəkistanın tanınmış rəssam və sənətşünaslarından ibarət münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdiriləcək, onlara diplom, medal və hədiyyələr veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR