Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Kazanda keçiriləcək teatr festivalında “Pəri Cadu” tamaşasını nümayiş etdirəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Kazanda keçiriləcək teatr festivalında “Pəri Cadu” tamaşasını nümayiş etdirəcək
# 29 may 2009 11:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Tatarıstanın paytaxtı Kazanda keçiriləcək IX Türk xalqlarının “Novruz” adlı teatr festivalında Azərbaycan da təmsil olunacaq. APA-nın məlumatına görə, iyunun 2-də start götürəcək teatr festivalında ümumilikdə 350 qonaq iştirak edəcək. Festivalda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivinin ifasında “Pəri Cadu” tamaşası nümayiş olunacaq. Azərbaycanla yanaşı, festivalda Türkiyə, Qırğızıstan, Qazaxıstan, Başqırdıstan və digər ölkələrin teatr kollektivlərinin də iştirakı nəzərdə tutulur. Festival çərçivəsində milli teatrların problemlərinə həsr olunmuş dəyirmi masa və master-klasslar da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR