Bank Of Baku

İrəvan Dövlət Dram Teatrı Ağdamda qastrolda olub

İrəvan Dövlət Dram Teatrı Ağdamda qastrolda olub
# 29 may 2009 11:56 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. İrəvan Dövlət Teatrı dramaturq Aqşin Babayevin “Xilaskar” əsərini Ağdamın Quzanlı qəsəbəsində nümayiş etdirib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, tamaşanın quruluşçu rejissoru Oruc İzzətoğludur. Heydər Əliyevin xatirəsinə ithaf olunan ikihissəli sənədli publisistik dramda 1992-93-cü illərdə Azərbaycanda baş verən hadisələr əks olunur.
Tamaşada əsas rollarda xalq artistləri Elmira İsmayılova, Süleyman Nəcəfov, əməkdar artist Vaqif Kərimov, əməkdar mədəniyyət işçisi İftixar Piriyev, aktyorlardan Nazir Rüstəmov, Məhərrəm Rzayev, Əhliman Ərşadov, Niyaməddin Səfərəliyev, Elnarə Heydərova, Əjdər Zeynalov və başqaları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR