Bank Of Baku

Dövlət Yuğ Teatrı yay aylarında işinə fasilə verəcək

Dövlət Yuğ Teatrı yay aylarında işinə fasilə verəcək
# 29 may 2009 12:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dövlət Yuğ Teatrı yay aylarında işinə fasilə verəcək. Bununla bağlı APA-ya məlumat verən teatrın direktoru Tərlan Rəsulov bildirib ki, bu müddət ərzində teatrda heç bir tamaşanın nümayişi keçirilməyəcək. Buna səbəb teatrın bu ilin oktyabrında 20 illik yubileyinin keçirilməsi ilə ciddi hazırlıqlara başlamasıdır: “Yubiley üçün teatrımızda bir sıra yeni layihələr həyata keçirmək niyyətindəyik. Artıq yubileylə bağlı hazırlanan tamaşalara və yubiley proqramının hazırlıqlarına başlamışıq. Elə məhz yubiley mərasimlərinin uğurlu keçməsi üçün üç ay müddətində teatrımızın tamaşaçı zalı, səhnə yeniləşdiriləcək. Yəni Yuğ Teatrının binasında təmir işlərinin aparılması nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR