Bank Of Baku

İçərişəhərə həsr olunmuş “Mənim qədim şəhərim” adlı sərgi açılıb

İçərişəhərə  həsr olunmuş “Mənim qədim şəhərim” adlı sərgi açılıb
# 29 may 2009 13:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Bədii Sərgi Salonunda “Mənim qədim şəhərim” adlı üç günlük sərgi açılıb. APA-nın məlumatına görə, sərgidə paytaxtın dörd məktəbinin – H. Əliyev adına Müasir Təhsil Kompleksi, XXI əsr Təhsil Mərkəzi, 23 saylı orta məktəb və Bakı Avropa Liseyinin şagirdlərinin rəssamlıq, heykəltəraşlıq və dekorativ tətbiqi sənət janrlarında 150-dək işi nümayiş olunur. Sərginin açılışında çıxış edən “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin direktoru Mikayıl Cabbarov deyib ki, İçərişəhər ölkənin hər vətəndaşı üçün əziz məkandır: “Nə qədər ki, İçərişəhərin dəyərlərini, tarixini öyrənirik, İçərişəhər yaşayacaq. İçərişəhərin uşaqların gözü ilə öyrənilməsi çox vacibdir. İçərişəhərlə bağlı bu cür sərgilər ənənəvi keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR