Bank Of Baku

Teletənqidçi, professor Elşad Quliyevin xatirə gecəsi keçirilib

Teletənqidçi, professor Elşad Quliyevin xatirə gecəsi keçirilib
# 29 may 2009 15:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Dövlət Mahnı Teatrında əməkdar incəsənət xadimi, teletənqidçi, professor Elşad Quliyevin xatirə gecəsi keçirilib. APA-nın xəbərinə görə, tədbir Azərbaycan Respublikası “Bilik” Maarifçilik, Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə baş tutub. E. Quliyevin oğlu Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək atasına göstərilən diqqətə görə təşəkkür edib. Tədbirdə Elşad Quliyevin həyat və yaradıcılığı barədə danışılıb. Çıxışçılar mərhumun Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin sədri olduğu dövrdən söz açıb, 1993-94-cü illərdə Azərbaycanda ilk müstəqil televiziya kanalı olan BMT-nin baş direktoru olduğunu, televiziya sahəsində təmənnasız xidmətlər göstərdiyini qeyd ediblər. Müəllifi olduğu “Telekamera və mikrofonla”, “Televiziya iki əsrin ayrıcında”, “Televiziya: nəzəriyyə, inkişaf meylləri” kitablar da E. Quliyevin xüsusi xidmətləri kimi vurğulanıb.
Qeyd edək ki, E. Quliyev 2008-ci il mayın 27-də vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR