Bank Of Baku

Hyustonda azərbaycanlı rəssamın əsərlərindən ibarət sərgi açılıb

Hyustonda azərbaycanlı rəssamın əsərlərindən ibarət sərgi açılıb
# 01 iyun 2009 11:09 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Hyuston şəhərində azərbaycanlı rəssam Rasim Babayevin əsərlərindən ibarət sərgi açılıb. Diasporla Iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgini “Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası” təşkil edib. Sərgiyə gələn yerli sakinlər Rasim Babayevin yaradıcılığına xas olan qeyri-ənənəvi üslub, ifadəli monumental kompozisiya, lakonik xətlər və rənglərlə tanış olublar. Sərgidə rəssamın 20 əsəri nümayiş etdirilib. R. Babayevin nəvəsi Şirin Babayeva babasının həyat və yaradıcılığı haqqında qonaqlara məlumat verib. Sərgidə rəssamın iki oğlu- Vaşinqton şəhərində yaşayan Elnur Babayev və Bakı şəhərində yaşayan Çingiz Babayev də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR