Bank Of Baku

Maqsud İbrahimbəyovun əsəri əsasında “Əlahəzrətin Rolls-Roysu” tamaşasının nümayişi anşlaqla keçib

Maqsud İbrahimbəyovun əsəri əsasında “Əlahəzrətin Rolls-Roysu” tamaşasının nümayişi anşlaqla keçib
# 01 iyun 2009 11:31 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Maqsud İbrahimbəyovun əsəri əsasında hazırlanmış “Əlahəzrətin Rolls-Roysu” adlı tamaşa ötən şənbə və bazar günləri anşlaqla keçib. APA-nın məlumatına görə, bunu Səməd Vurğun adına Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, əsər müasir dövrün problemlərinə həsr olunub. Tamaşa fantasmaqoriya janrında səhnələşdirilib. Tamaşanın baş qəhrəmanını canlandıran Murad Yagizarov 7 ilə yaxındır ki, əsas rol almadığını, bu rol ilə özünü yenidən teatrın səhnəsində gördüyündən çox razı qaldığını deyib. Teatrın gələcək planlarından danışan baş rejissor bildirib ki, Fyodr Dostoyevskinin “Karamazovlar qardaşları”, Anton Çexovun “Albalı bağı” əsərləri səhnələşdiriləcək. İyulun 5-də teatr mövsümü başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR