Bank Of Baku

Azərbaycanın xalq artisti «Ginnesin rekordlar kitabına» düşə bilər

Azərbaycanın xalq artisti «Ginnesin rekordlar kitabına» düşə bilər
# 01 iyun 2009 11:45 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycanın xalq artisti Nodar Şaşıqoğlunun Kral Lir rolunu oynayan ən qocaman artist kimi «Ginnesin rekordlar kitabına» salınması üçün iş davam edir. APA-nın məlumatına görə, bunu Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyev deyib. O bildirib ki, aktyorun bu kitaba salınması üçün nəşriyyata ünvanlanan ilk məktuba cavab gəlib, hazırda ikinci məktub üzərində iş gedir. «Ginesin rekordlar kitabı» nəşriyyatının nümayəndələrinin Londondan Bakıya gəlməsinin çoxlu vəsait tələb etdiyi deyən Ə. Hacıyev bildirib ki, ikinci məktub nəşriyyatın Moskva nümayəndəliyinə göndəriləcək. Xatırladaq ki, 82 yaşlı Nodar Şaşıqoğlu Kral Liri səhnədə oynayan ən kocaman aktyordur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR